Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq
Avqustun 28-də 2026-cı ilin ikinci Ay tutulması baş verəcək. Day.Az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq.