Almaniya miqrantların deportasiyası ilə bağlı vədini yerinə yetirə bilmədi
Almaniya hökuməti ölkəni tərk etməli olan miqrantların deportasiya sayını artırmaqla bağlı verdiyi vədi yerinə yetirə bilməyib. "Welt am Sonntag" qəzeti xəbər verir ki, 2026-cı ilin ilk yarısında Almaniyadan 9 663 miqrant deportasiya olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azdır.