Ucarda yol qəzası olub,
Ucarda rayonunda yol qəzası olub, xəsarət alanlar var. APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakı şəhər sakini, 1974- ci il təvəllüdlü Aydın Əliyevin idarə etdiyi "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb.