Sabahın hava proqnozu açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.