İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib
Rusiyalı İslam Mahaçev UFC tarixində ən uzunmüddətli qələbə seriyasının yeni rekordçusu olub. O, irlandiyalı İan Maçado Qerrini məğlub etməklə ardıcıl 17-ci qələbəsini qazanıb. AZƏRTAC xəbər verir ki, Mahaçev Filadelfiyada keçirilən UFC 330 turnirinin əsas döyüşündə Qerriyə yekdil hakim qərarı ilə qalib gəlib.