Metro əməkdaşları və könüllülər hər yerdə kömək edirlər
Xəbər verdiyimiz kimi, metronun "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti bu gündən müvəqqəti dayandırılıb. Qərar Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi üzrə əsas tikinti işlərinə başlanılması ilə əlaqədardır. Tikinti mərhələsinin təxminən 10-11 ay davam edəcəyi gözlənilir.