ABŞ Azərbaycanı fiskal şəffaflıq üzrə tələblərə cavab verən ölkələr sırasına daxil edib
Azərbaycan ABŞ Dövlət Departamentinin fiskal şəffaflıq tələblərinə cavab verir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Səfirlik məlumatda qeyd edib ki, Dövlət Departamentinin fiskal şəffaflıq hesabatında Azərbaycanın müvafiq tələblərə cavab verdiyi öz əksini tapıb.