Füzulinin iki kəndində güclü yanğın başlayıb
Füzuli rayonunun iki kəndində güclü yanğın başlayıb. Yanğın rayonun Yuxarı Dilağardı və Veysəlli kəndləri ərazisində qeydə alınıb. Hazırda yanğın minalardan təmizlənməmiş ərazilərdə davam etdiyindən onun söndürülməsi çətinləşib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələrinin əməkdaşları cəlb olunub.