Hollandiya limanında partlayış
Hollandiyanın Rotterdam şəhər limanının ərazisində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. "RTV Rijnmond"un məlumatına görə, partlayış yanacaq çəninin yaxınlığında baş verib. Həmin vaxt podratçı texniki xidmət briqadası ərazidə bir neçə boru kəməri üzərində iş aparıb.