Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi.