Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edilib
Paytaxt sakinlərinin müraciətləri nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında yerləşən civəli termometr yenidən bərpa edilib. Day.Az xəbər verir ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan elementlərindən biri olub.