Mömünə xatun türbəsinin bərpası bir neçə il davam edəcək
Naxçıvanda yerləşən Mömünə xatun türbəsində aparılan bərpa-konservasiya işlərinin bir neçə il ərzində həyata keçirilməsi nəzərdə tutulur. İlk mərhələdə abidənin vəziyyətinin kompleks şəkildə araşdırılması, uyğun materialların seçilməsi və onun dayanıqlığının monitorinqi üçün nəzarət sistemlərinin müəyyənləşdirilməsi planlaşdırılır.