Paltarı canlı orqanizmdən düzəltdilər, özünü bərpa edir
Çin Elmlər Akademiyasından Li Ke və onun komandası tekstil sektorunda yeni dövr başlada biləcək bioloji materiala imza atıb. Nüfuzlu elmi jurnal olan "Science Advances"-da dərc edilən araşdırmada parazit göbələk növündən istifadə olunaraq özünü təmir edə bilən parça əldə edilib və bu materialdan bir paltar dizayn edilib.