Afrika ölkəsində Eboladan ölənlərin sayı 2 011 nəfərə çatıb
Demokratik Konqo Respublikasında (DRK) Ebola qızdırmasından 2 mindən çox insan həyatını itirib. Bu barədə Konqo hökuməti məlumat yayıb. Xəstəliyin yeni epidemiyasının rəsmi elan edilməsindən təxminən üç ay sonra ölənlərin sayı 2 011 nəfər olub. Həmin dövr ərzində rəsmi təsdiqlənmiş yoluxma hallarının sayı 4 381 olub.