Britaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan ilə Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 3,622 milyard ABŞ dolları təşkil edib. Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrünün göstəricisindən 2,961 milyard ABŞ dolları və ya 5,5 dəfə çoxdur.