Tehranda Xəzəryanı ölkələrin konfransı keçiriləcək
Sentyabrın 23-də Tehranda Xəzəryanı ölkələrin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə konfrans keçiriləcək. Bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu gün (11 avqust) Tehranda Xəzər Dənizi Milli Günü ilə əlaqədar təşkil olunmuş tədbirdə deyib.