ABŞ-nin neft ehtiyatları 43 ilin minimumuna enib
Birləşmiş Ştatların strateji xam neft ehtiyatları son 43 ildə ən aşağı səviyyəyə düşüb. AZƏRTAC xəbər verir ki, ABŞ-nin Energetika Nazirliyi ölkənin strateji neft ehtiyatlarının ötən həftə 6,1 milyon barel azalaraq 298,7 milyon barel olduğunu açıqlayıb. Bu göstərici 1983-cü ildən bəri qeydə alınan ən aşağı səviyyədir.