Kolumbiyada güclü zəlzələ baş verib
Kolumbiyada 6,8 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Tədqiqat Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri 134 minlik əhalisi olan Kartaqo şəhərində 31 km şimal-şərqdə olub. Zəlzələ ocağının dərinliyinin isə 115 kilometr olduğu bildirilib.