15 yaşlı Rəvan göldə boğuldu
Gürcüstanın Marneuli bələdiyyəsinin Kürüstü Kəpənəkçi kənd sakini, 15 yaşlı Rəvan Əfəndiyev Tbilisidə göldə boğularaq həyatını itirib. Day.Az 24News.ge-yə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Məlumata görə, Rəvan dostları ilə birlikdə Tbilisi gölünə çimməyə gedib. O, qəfil suda boğulmağa başlayıb.