ABŞ-da yumurta istehsalçıları qiymət sövdələşməsinə görə 53 milyon yumurta verəcək
ABŞ-da üç yumurta istehsalçısı qiymətlərin qanunsuz şəkildə razılaşdırılması ilə bağlı istintaq çərçivəsində ölkənin ərzaq banklarına 53 milyon yumurta təqdim etməyə və 3,3 milyon dollar cərimə ödəməyə razılaşıb. Bu barədə Nyu-York ştatının baş prokuroru Letisiya Ceyms məlumat yayıb.