Daşkəsəndə “Niva” aşdı
Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib. Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Əmirvar kəndində baş verib. Belə ki, "Niva" markalı avtomobilin aşması nəticəsində 1994-cü il təvəllüdlü Rasim Quliyev xəsarət alıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın təfərrüatları araşdırılır.