Maşını cərimə meydançasına aparılan sürücülərə ödənilən pul bu hallarda geri qaytarılacaq
Nazirlər Kabineti nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın hansı hallarda və necə geri qaytarılacağını müəyyən edən yeni qaydanı təsdiqləyib. Sənəd 2026-cı il 27 iyul tarixli 240 nömrəli qərarla qəbul edilib.