Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ baş verib. Day.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 03:04-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.