Tramp İrana qarşı zərbələrə müvəqqəti fasilə verilməsi barədə göstəriş verib
ABŞ Prezidenti Donald Tramp İrana qarşı gündəlik hərbi zərbələrə müvəqqəti fasilə verilməsi barədə göstəriş verib. "Axios"un məlumatına görə, bu qərarla təxminən iki həftə davam edən gündəlik hücumlar dayandırılıb. Mənbələrin bildirdiyinə görə, qərar Omanın Tehrana diplomatik missiya göndərməsindən sonra qəbul olunub.