Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır
Zəngilanın Soltanlı kəndinə bu ilin sonunadək ilk köçün həyata keçirilməsi planlaşdırılır. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Zəngilan və Qubadlı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib.