Ayaq problemləri çənə quruluşuna təsir göstərə bilər
Mütəxəssislər bildirirlər ki, ayaq pəncələrində yaranan pozuntular yalnız yerişə və qamətə deyil, həm də çənənin vəziyyətinə təsir edə bilər. Day.Az xəbər verir ki, ortopedlərin sözlərinə görə, yastıpəncəlik zamanı bədənin biomexanikası dəyişir, nəticədə dizlərə, çanaq nahiyəsinə və onurğaya düşən yük artır.