“Zəng etmək” bəhanəsi ilə mobil bank tətbiqdən oğurluq edən şəxs saxlanıldı
"Zəng etmək" bəhanəsi ilə zərərçəkəni aldadıb mobil bank tətbiqindən oğurluq edən şəxs saxlanılıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunda yerləşən hotellərin birində talama faktı qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək bank kartından 1800 manat oğurlandığını bildirib.