İssık-Kul: Qırğızıstanın insanı yenidən qayıtmağa sövq edən müqəddəs gölü
Üfüqədək uzanan sonsuz su səthi, sərin dağ havası və ətrafı əhatə edən əzəmətli Tyan-Şan silsilələri - Qırğızıstan tərəfinin təşkil etdiyi media-tur çərçivəsində azərbaycanlı jurnalistlər İssık-Kul gölünü məhz belə gördülər. İssık-Kul təsadüfi olaraq Qırğızıstanın ən möhtəşəm təbiət incilərindən biri hesab edilmir.