Bakıda küçədə ölüm halı baş verib
Bakıda 31 yaşlı şəxs küçədə vəfat edib. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 22-si saat 18 radələrində Lerik rayon sakini 1995-ci il təvəllüdlü F.Qasımovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Binəqədi qəsəbəsinin ərazisində tapılıb. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilib.