Rumıniyada ağac emalı fabrikində partlayış olub
Rumıniyanın mərkəzində yerləşən Braşov şəhərinin kənarındakı Kronospan ağac emalı fabrikində iki güclü partlayış baş verib. Bu barədə yerli "Bizbrasov" portalı məlumat yayıb. Bildirilib ki, ilk partlayış Bakı vaxtı ilə təxminən saat 07:25-də baş verib və nəticədə müəssisədə yanğın başlayıb.