Gözlərdə quruluq və yanma hissinin əsas səbəbi açıqlandı
Müasir həyat tərzi və uzun müddət telefon, kompüter kimi ekranlardan istifadə göz sağlamlığına mənfi təsir göstərərək "quru göz sindromu"nun yaranmasına səbəb olur. Day.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu problem xüsusilə ekran qarşısında uzun vaxt keçirən insanlarda daha çox müşahidə edilir.