"Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
Sosial şəbəkələrdə "Vital Hospital" barədə yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir. Day.Az xəbər verir ki, mərkəzdən bildirilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb. Eyni zamanda hüquq-mühafizə orqanları da məlumatlandırılıb.