Rumıniya sahillərində qaz tankeri partlayıb
Rumıniya sahillərindən təxminən 20 dəniz mili aralıda Liberiya bayrağı altında üzən "Gas Lisbon" propan daşıyan tanker zədələnib. Bu barədə Rumıniya Prezidenti Nikuşor Dan rəsmi "X" hesabında məlumat verib. Onun sözlərinə görə, gəmi Misirin İsgəndəriyyə limanından yola düşərək Ukraynanın Reni limanına doğru istiqamət almışdı.