Çexiyada bağça və məktəblərdə uşaqların telefondan istifadəsi qadağan edilib
Çexiya hökuməti uşaqların təhsil müəssisələrində mobil telefonlardan və digər elektron qadcetlərdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib. Bu barədə ČTK informasiya agentliyi məlumat yayıb. Qadağa uşaq bağçalarına, ümumtəhsil məktəblərinə, gimnaziyaların aşağı siniflərinə və musiqi məktəblərinə şamil olunacaq.