"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan iki əlamətdar tarixə həsr olunan "İyulun iki günü" adlı sənədli film iyulun 22-də Space TV-nin efirində nümayiş olunacaq. Film Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi hesab edilən iki iyul gününə fərqli rakursdan nəzər salır.