“Apple” dünyanın ən bahalı səhmdar şirkəti oldu
"Apple" korporasiyası bazar kapitallaşmasına görə qrafik prosessorlar istehsalçısı "Nvidia" şirkətini geridə qoyaraq dünyanın ən bahalı açıq səhmdar şirkəti olub. Bu barədə "Bloomberg" məlumat yayıb. İyulun 17-də "Nvidia"nın səhmləri 3,7 faiz ucuzlaşıb və nəticədə şirkətin bazar kapitallaşması 4,8 trilyon dollara enib.