İspaniyada temperatur 50 dərəcəyə qalxa bilər
İspaniyanın Dövlət Meteorologiya Agentliyi (DMA) ölkədə yaxın illərdə havanın temperaturunun 50 dərəcəyədək yüksələ biləcəyini istisna etmir. Bu barədə DMA-nın nümayəndəsi Xose Anxel Nunyes bildirib. Onun sözlərinə görə, 50 dərəcə fiziki baxımdan mümkün göstəricidir və yaxın illərdə krallığın hər hansı bir bölgəsində qeydə alına bilər.