Bakıda ilk yarımildə 7 minə yaxın cinayət qeydə alınıb, onların 93,2 faizi açılıb
2026-cı ilin birinci yarımilində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə ümumilikdə 6909 cinayət hadisəsi qeydə alınıb, onların 93,2 faizinin açılması təmin edilib. Bu barədə Bakı şəhər prokurorluğunda keçirilən 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.