OPEC istehsalçılarına etimad şübhə altına alınmamalıdır
OPEC istehsalçılarına, xüsusilə də Fars körfəzi ölkələrinə olan etibarlılıq və inam şübhə altına alınmamalıdır. Bunu çərşənbə günü Bakıda OPEC+ Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclası çərçivəsində Trend-ə eksklüziv müsahibəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays deyib.