“Beşiktaş”ın “Arsenal”dan transfer etdiyi futbolçu İstanbula gəlib
Türkiyənin "Beşiktaş" klubu İngiltərənin "Arsenal" komandasının futbolçusu Leandro Trossardı heyətinə qatmağa hazırlaşır. Day.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi transfer danışıqlarını davam etdirmək üçün İstanbula gəlib. 30 yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.