Mbappe yarımfinala tam hazır deyil
Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın İspaniyaya qarşı yarımfinal görüşünə tam hazır vəziyyətdə deyil. Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, futbolçunu Mərakeşlə keçirilən oyunda zədələdiyi sağ topuq nahiyəsi hələ də narahat edir. Mbappe komandanın ümumi məşqindən ayrı hazırlaşıb və topla işləməyib.