Həftəsonu 6 ballıq maqnit qasırğası gözlənilir
Britaniya Geoloji Xidməti iyulun 12-də Yer kürəsində G2 səviyyəli, təxminən 6 ballıq maqnit qasırğasının baş verəcəyini proqnozlaşdırıb. Day.Az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, geomaqnit aktivliyinin artmasına Günəşdən gələn tac kütlə atılması səbəb olacaq və qasırğanın bir gün davam edəcəyi gözlənilir.