Mingəçevirdə Tərtər sakini su anbarında boğulub
Mingəçevir su anbarında bir nəfərin boğulması ilə nəticələnən hadisə baş verib. Day.Az-ın məlumatına görə, hadisə su anbarı hövzəsində yerləşən çimərlik ərazisində qeydə alınıb. Belə ki, Tərtər rayon sakini, 24 yaşlı Rəşad Çərkəzli su anbarında çimərkən boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb.