"Qarabağ" "Vestri"ni məğlub etdi
"Qarabağ" bu gün Avropa Liqasında bu mövsüm ilk matçına çıxıb. Ağdam klubu I təsnifat mərhələsində İslandiyanın "Vestri" klubu ilə üz-üzə gəlib. Komandalar arasındakı ilk oyun Bakıda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb.