Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunub
Şuşa şəhərinin ərazisində yerləşən abidələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan edilib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna dəyişikliyi təsdiqləyib.