Bəzi Bakı-Naxçıvan reysləri təxirə salınıb
Azərbaycan Hava Yollarının iyulun 6-na planlaşdırılan bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb. Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib. Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək.