Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində "Boston Consulting Group" (BCG) və Birmingem Universiteti ilə birgə dövlət idarəçiliyində süni intellektin tətbiqinə həsr olunmuş praktik seminar təşkil edib.