Yay istisində qazlı və şəkərli içkilər niyə tövsiyə edilmir?
İsti hava şəraitində şəkərli qazlı içkilərin qəbulunun sağlamlığa mənfi təsir göstərə biləcəyi bildirilir. Day.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu cür içkilər orqanizmin su ehtiyacını ödəmək əvəzinə bəzi sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəliklərin ağırlaşmasına səbəb ola bilər.