Ceyhun Bayramov Katrin Bomberger ilə görüşüb
İyunun 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.