Dünya Bankı "Livable Baku" layihəsi üçün Azərbaycana xeyli vəsait ayıra bilər
Dünya Bankı Azərbaycanda təxminən 410 milyon dollarlıq öhdəliyi olan "Livable Baku" layihəsini maliyyələşdirməyi nəzərdən keçirir. Bu barədə Dünya Bankının açıqladığı məlumatda bildirilir. Bankın məlumatına görə, layihənin ümumi dəyəri müxtəlif mənbələrdən maliyyələşdirmə daxil olmaqla 501,25 milyon dollar olaraq qiymətləndirilir.